Sığorta
268
Azərbaycanda sağalmaz xəstəliklərdən sığortaya maraq kəskin artıb

Bakı / 21.01.2022 / Renkinq:
2021-ci ildə Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta üzrə 939 min manat sığorta haqqı toplanılıb.
"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 96% çoxdur.
Ötən il bu sığorta növü üzrə 27 min manat sığorta ödənişi həyata keçirilib. Əvvəlki il ödəniş olmayıb.