Büdcə
224
İcbari Tibbi Sığorta Dövlət Agentliyi 17 milyon manatlıq tenderə yekun vurub

Bakı / 21.01.2022 / Renkinq:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus (COVID-19) xəstələrinə tibbi xidmət göstərilməsinə dair elan etdiyi açıq tenderə yekun vurub.
"Renkinq" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Olimp Hospital” MMC-dir.
Qalib şirkətə 17,336 milyon manat ödəniləcək.