Büdcə
228

Gürcüstanın Azərbaycana borcu azalıb

Gürcüstanın Azərbaycana borcu azalıb

Ötən ilin dekabr ayında Gürcüstanın Azərbaycana borcu 213 min ABŞ dolları azalaraq bu il yanvarın 1-nə 4,187 milyon ABŞ dolları təşkil edib.

“Renkinq” xəbər verir ki, bu barədə qonşu ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik Gürcüstanın digər qonşuları qarşısında borc öhdəliklərini də açıqlayıb. Beləliklə, dekabrın sonuna Gürcüstan Rusiyaya 28,616 milyon dollar, Türkiyəyə 8,152 milyon dollar, Ermənistana isə 3,693 milyon dollar borclu olub. 

Bölmədən olan bütün xəbərlər