Büdcə
231

Azərbaycanda dövlət əmlaklarının icarəsindən büdcəyə ödəmələr proqnozdan 47% çox olub

Azərbaycanda dövlət əmlaklarının icarəsindən büdcəyə ödəmələr proqnozdan 47% çox olub

2021-ci ildə Azərbaycanda dövlət əmlaklarının icarəyə verilməsi ilə bağlı 1 845 yeni müqavilə bağlanılıb.

“Renkinq” xəbər verir ki, bu barədə İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) məlumat yayıb.

Məlumata görə, bu, 2020-ci illə müqayisədə 4,4 dəfə çoxdur.

Yeni icarə müqavilələrinin 841-i qeyri-yaşayış sahələrinə, 1 004-ü isə torpaq sahələrinə aid olub.

Bundan başqa, hesabat dövrü ərzində 497 icarə müqaviləsinin müddəti uzadılıb, 176 icarə müqaviləsi ləğv edilib. 

İl ərzində dövlət əmlaklarının icarəyə verilməsi hesabına büdcəyə proqnozdan 5,2 milyon manat və yaxud təxminən 47,3% çox - 16,2 milyon manat vəsait ödənilib. Bu, əvvəlki ilə nisbətən 5,9 milyon manat və yaxud 57,4% çoxdur.

ƏMDX həmçinin ötən il 22 təşkilatı ümumilikdə 29 015 kvadratmetrlik qeyri-yaşayış sahəsi ilə təmin edib. 

Bölmədən olan bütün xəbərlər