İnvestisiya
264

ARDNF-in vəsaitlərinin 94%-i 3 əsas xarici valyutada yerləşdirilib

ARDNF-in vəsaitlərinin 94%-i 3 əsas xarici valyutada yerləşdirilib

Bu il yanvarın 1-nə, Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli onun aktivlərinin, demək olar ki, 100%-i qədər və yaxud 45 025 milyon ABŞ dolları təşkil edib.

“Renkinq” Fonda istinadən xəbər verir ki, bu vəsaitin 69%-i elə dollarda, 19,5%-i avroda, 5,1%-i isə ingilis funt-sterlinqində yerləşdirilib. 

Başqa sözlə, üç əsas xarici valyutanın investisiya portfelində payı 93,6% təşkil edib. Digər valyutalara gəlincə, portfeldə Avstraliya dolları 0,6%, Türkiyə lirəsi 0,4%, Rusiya rublu 0,6%, Çin yuanı 1,3%, Yaponiya yeni 1,4%, digər valyutalar isə 2,1% paya malikdir. 

ARDNF investisiya portfelinin xarici valyutalar və qiymətli metallar üzrə bölgüsü ilə yanaşı, müxtəlif aktivlər üzrə bölgüsünü də açıqlayıb. Beləliklə, Fondun investisiya portfelində istiqrazların və pul bazarı alətlərinin payı 61,8%, səhmlərin payı 19%, daşınmaz əmlakın payı 6,1%, qızılın payı isə 13,1% təşkil edib. 

Xatırladaq ki, ötən il ARDNF-in aktivləri 3,35% artıb. 

Bölmədən olan bütün xəbərlər