İnvestisiya
105

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 8% azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 8% azalıb

2021-ci ildə Azərbaycanda əsas kapitala 16 127 milyon manat və yaxud 2020-ci il ilə müqayisədə 8,2% az vəsait yönəldilib.

Bu barədə "Renkinq"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən il neft-qaz sektoruna investisiyalar 5,6%, qeyri-neft-qaz sektoruna investisiyalar isə 9,6% azalıb.

İstifadə olunmuş vəsaitin 10 536,7 milyon manatı və yaxud 65,3%-i məhsul istehsalı sahələrinə, 4 560,8 milyon manatı və yaxud 28,3%-i xidmət sahələrinə, 1 029,5 milyon manatı və yaxud 6,4%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 794,3 milyon manatını və yaxud 73,1%-ni daxili vəsaitlər təşkil edib, 11 015,7 milyon manatı və yaxud 68,3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,7%, büdcə vəsaitləri 25,7%, sair vəsaitlər 7,5%, bank kreditləri 6,1%, əhalinin şəxsi vəsaitləri isə 6% paya malik olub.

Bölmədən olan bütün xəbərlər