İnvestisiya
115

“Bravo”nun istiqrazları qeyri-listinq siyahısına salınacaq

“Bravo”nun istiqrazları qeyri-listinq siyahısına salınacaq

“Bravo” supermarketlər şəbəkəsini idarə edən “Azərbaycan Supermarket” MMC "Bakı Fond Birjası" QSC-yə (BFB) faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının standart bazar seqmentindən qeyri-listinq siyahısına salınması üçün müraciət edib.

“Renkinq” bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, Birjanın Listinq Komitəsinin qərarı ilə istiqrazlar bu il martın 14-dən qeyri-listinq siyahısına salınaraq ticarət ediləcək.

Xatırladaq ki, “Azərbaycan Supertmarket” ötən il oktyabrın 28-də və dekabrın 28-də hər biri 10 milyon manatlıq olmaqla ümumilikdə 20 milyon manatlıq istiqraz yerləşdirib. Bunlar nominal dəyəri 1 000 manat olan 20 000 ədəd istiqrazdır. Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 10,5%-dir. Faizlər rüblük ödənilir. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.

Bölmədən olan bütün xəbərlər