Qeyri-bankçılıq
680

Azərbaycan Mərkəzi Bankı "SF Azerbaijan” BOKT-a lisenziya verib

Azərbaycan Mərkəzi Bankı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "SF Azerbaijan” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

“Renkinq” bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 56-ya çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "SF Azerbaijan”ı ötən ilin sentyabr ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı “Muğan Bank” ASC-nin "Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 179, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Fuad Cəlil oğlu Muradovdur.

Sözügedən ünvanda "Muğan Bank"a yaxın sayılan "MFX-Trading İnvestisiya Şirkəti" ASC və "Muğan Lizinq" MMC də fəaliyyət göstərir.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər