Büdcə
170

Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 700 milyon dollardan çox azaldıb

Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 700 milyon dollardan çox azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xalis maliyyə öhdəliklərini 717,4 milyon ABŞ dolları məbləğində azaldıb.

“Renkinq” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, azalmanı Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların 3 664,7 milyon dollar artması (8,2% az), cəlb olunmuş investisiyaların repatriasiyasının 4 281,8 milyon dollar azalması (15,1% çox), neft bonusunun 454,1 milyon dollar artması (0,6% çox), portfel investisiyalarının 177,7 milyon dollar azalması (41,4% az), digər investisiyaların isə 376,7 milyon dollar azalması (3,8 dəfə az) təmin edib.

Bölmədən olan bütün xəbərlər