Qeyri-bankçılıq
196

Azərbaycanda 4 BOKT-un balans kapitalı 10 milyon manatdan çoxdur

Azərbaycanda 4 BOKT-un balans kapitalı 10 milyon manatdan çoxdur

2020-ci ildə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 42 BOKT-dan 4-nün bu il yanvarın 1-nə balans kapitalı 10 milyon manatdan çoxdur.

"Renkinq" xəbər verir ki, bunlar “Aqrarkredit” (24,43 milyon manat), “Embafinans” (15,763 milyon manat), “FİNKA Azərbaycan” (15,501 milyon manat) və “M Bulak”dır (13,289 milyon manat).

21 BOKT-un balans kapitalı 1-10 milyon manat arasında, 17 BOKT-un balans kapitalı 1 milyon manatdan azdır.

8 BOKT - “Aset Maliyyə Texnologiyaları”, “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian İnvest”, “Finans Kredit”, “Omni Finance”, “Para” və “Pro Kredit”  2020-ci ilin, 1 BOKT – “Fintrend” isə 2019-cu ilin hesabatını verməyib, 4 BOKT - “Azfinans”, “Azkredit”, “FNC” və “Nas Project” mikromaliyyə bazarına 2021-ci ildə, 4 BOKT - “Azpul”, “Finans Kredit”, “Optimal Finance” və “Prior Credit” isə 2020-ci ildə daxil olub.

***

2019-2020-ci illərdə bazarda olmuş və hesabat vermiş 39 BOKT-dan 20-si ötən il balans kapitalını artırıb. Bunlar “Birkart”, “Kredex”, “International”, “Brand Credit”, “TCF”, “Falcon Finance”, “Regional”, “City Finance”, “PSG Finans”, “İdeal Kredit”, “Finex Kredit”, “Kəpəz”, “MCB”, “TBC Kredit”, “Viator Mikro-Kredit Azərbaycan”, “Azmikroinvest”, “Premier Kredit”, “Aqrarkredit”, “Asel Kredit” və “Qafqaz Kredit”dir. Ən yüksək dinamika “Birkart”da (13,6 dəfə), ən aşağı dinamika isə “Qafqaz-Kredit”də (1,3%) qeydə alınıb.

1 BOKT-un - “Viza Kredit”in kapitalı “Mənfi”yə düşüb, odur ki, onun kapitalının dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 18 BOKT-un isə balans kapitalı azalıb. Ən çox azalma “Union Kredit”də (99,6%), ən az azalma isə “Embafinans”da (1,1%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər