Büdcə
157

“Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın 25%-i icra edilməyib

“Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın 25%-i icra edilməyib

“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda uğurla həyata keçirilən rəqəmsal transformasiyanın mühüm tərkib hissəsi kimi rəqəmsal bankçılığı qeyd etmək olar”.

“Renkinq” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda deyib.

“2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində planlaşdırılmış tədbirlərin 70,3%-nin icrası yekunlaşıb, 4,6%-i qismən icra olunub, 25,1%-i isə icra olunmamış hesab edilir. Proqramın 3 il ərzində ümumi icra nəticəsi 73% səviyyəsində qiymətləndirilir. Proqram çərçivəsində rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması 83%, bank sektorunun yenidən canlandırılması 54,5%, rəqəmsal ekosistemin formalaşdırılması 70%, rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi 100% icra olunub.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər