Bankçılıq
190

Azərbaycan bankları Qarabağda xidmət göstərməyə hazırlaşır

Azərbaycan bankları Qarabağda xidmət göstərməyə hazırlaşır

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bank sisteminin bərpası üzrə müzakirələrə başlanılıb və konkret təkliflər planı hazırlanıb”.

“Renkinq” xəbər verir ki, bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.

“Biz bu məsələləri Azərbaycan Mərkəzi Bankı birlikdə icra edirik və Qarabağda yeni, innovativ ödəniş sistemləri üzərindən bank xidmətlərinin təmin və təqdim edilməsini təşkil edəcəyik”, - deyə o, qeyd edib.

"Yaxın günlərdə Qarabağ Dirçəliş Fondu ilə birgə Qarabağda bank sektoruna dair konfrans keçirməyi planlaşdırırıq. Tədbir çərçivəsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən və göstərəcək hüquqi və fiziki şəxslərə kreditlərin verilməsini geniş müzakirə edəcəyik", - deyə Z.Nuriyev əlavə edib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər