Sığorta
283

Ermənistanın ötən ay törətdiyi təxribatlarla bağlı sığorta ödənişi verilməsinə başlanılıb

Ermənistanın ötən ay törətdiyi təxribatlarla bağlı sığorta ödənişi verilməsinə başlanılıb

Bu il noyabrın 16-da Ermənistanın törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin verilməsinə başlanılıb.

“Renkinq” “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinə istinadən xəbər verir ki, bunu qurumun icraçı direktoru Elmar Mirsalayev bildirib.

“Döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olub, 10 hərbi qulluqçu isə yaralanıb. Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə “Azərsğorta” birdəfəlik ödəniş edib. Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçu isə ödənişlə bağlı şirkətə hələ müraciət etməyib. Onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər”, - deyə o, qeyd edib.

Bölmədən olan bütün xəbərlər