Bankçılıq
155

Ipoteka və Kredit Zəmanət Fondu: Problemli kreditlərimiz yoxdur

Ipoteka və Kredit Zəmanət Fondu: Problemli kreditlərimiz yoxdur

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditlərinin əlverişli şərtlərlə verilməsi bu kreditlərə yüksək tələb formalaşdırıb.

“Renkinq” xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, təkcə 2021-ci ilin 11 ayında ipoteka kreditləri üzrə ödəniş qabiliyyətli tələb 1,1 milyard manatdan çox olub.  İpoteka kreditlərinin məbləğində müşahidə olunan əhəmiyyətli artım İKZF-nin kredit portfelinin keyfiyyətinə təsir göstərməyib. Tətbiq olunan ciddi standartlar və adekvat qiymətləndirmə əsasında Fondun kifayət qədər sağlam kredit portfeli formalaşıb. Hazırda kredit portfelində problemli kreditlər yoxdur, bu da ölkənin maliyyə-bank sistemində, eləcə də beynəlxalq təcrübədə ən yaxşı göstərici hesab olunur.

Bölmədən olan bütün xəbərlər