Büdcə
146

“Azərişıq” cəbhəyanı rayonlarla bağlı 10 milyon manatlıq 2 tenderə yekun vurub

“Azərişıq” cəbhəyanı rayonlarla bağlı 10 milyon manatlıq 2 tenderə yekun vurub

“Azərişıq” ASC cəbhəyanı rayonlarda Qərb və Aran regionları (1), eləcə də Mərkəzi Aran regionu (2) üzrə elektrik təsərrüfatına dəymiş ziyanı aradan qaldırılması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

“Renkinq” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Metatron İnşaat” və “MSDIS Holding” MMC-lərdir.

Qalib şirkətlərə 4 246,1 min manat və 5 213,3 min manat, ümumilikdə isə 9 459,4 min manat ödəniləcək.

Bölmədən olan bütün xəbərlər