Büdcə
194

DSMF-nin və İşsizlikdən Sığorta Fondunun büdcəsi artırılıb

DSMF-nin və İşsizlikdən Sığorta Fondunun büdcəsi artırılıb

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2022-ci il büdcəsi haqqında” qanun layihəsi təsdiq edilib.

“Renkinq” xəbər verir ki, gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi bu illə müqayisədə 160,7 milyon manat və yaxud 3,1% çox – 5 306,8 milyon manat təşkil edəcək.

Bundan başqa, Azərbaycan parlamenti “İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsini də təsdiqləyib. Gələn il İşsizlikdən Sığorta Fondunun büdcəsi bu ilə nisbətən 22,6 milyon manat və yaxud 14,3% çox - 180,4 milyon manat olacaq.

Bölmədən olan bütün xəbərlər