Büdcə
221

Milli Məclis gələn ilin dövlət büdcəsini təsdiqləyib

Milli Məclis gələn ilin dövlət büdcəsini təsdiqləyib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “2022-ci dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiq edilib.

“Renkinq” xəbər verir ki, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 816 milyon manat, xərclərinin isə 29 879 milyon manat olacağı gözlənilir.

Sənədə əsasən, bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur.

Son nəticədə büdcədə 3 063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir.

Büdcə gəlirlərinin 25 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirlər, büdcə xərclərinin isə 28 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclərdir.

Bölmədən olan bütün xəbərlər