Bankçılıq
197

“Access Bank” Qarabağın dirçəlişinə dəstək olur

“Access Bank” Qarabağın dirçəlişinə dəstək olur

Ölkənin məsuliyyətli korporativ vətəndaşı kimi “Access Bank” QSC Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın dirçəlişinə dəstək olur. 

“Access Bank” hələ Vətən müharibəsinin ilk günlərində Azərbaycanın bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə zərər çəkmiş şəxslərə yardım məqsədilə 200 min manat vəsait ayırıb. Bu vəsait hərbi hospitallara və cəbhəyani ərazilərdə yaralılara ilkin yardım göstərmək üçün dərman və tibbi ləvazimataların alınmasına xərclənib. Vəsaitin bir hissəsinə isə hərbçilərin ilkin ehtiyaclarını ödəmələri üçün mallar alınıb.

“Access Bank” müharibədən zərərçəkmiş mülki şəxslərə də humanitar yardım göstərib. Bank zərərçəkmiş Bərdə və Ağcabədi sakinlərinə gündəlik tələbatlarını ödəmək üçün adyal, kiçik məişət texnikaları və birdəfəlik qab-qacaq göndərib. 

44 günlük müharibə başa çatdıqdan sonra da “Access Bank”ın əməkdaşları bu istiqamətdə - bu dəfə müharibənin nəticələrinin aradan qaldırılması və Qarabağın bərpası üçün fəaliyyətlərini davam etdiriblər. Bank unikal tibbi avadanlıqlar alaraq

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası nəznindəki İdman və Reabilitasiya Mərkəzinə təhvil verib,  onların köməyi ilə əsgər və zabitlər əməliyyatlardan sonra reabilitasiyada keçərək ayağa qalxdılar. 

Vətən müharibəsinin ildönümündə isə “Access Bank” Qarabağ Dirçəliş Fonduna 100 min manat ianə edib. Lakin bankın bu istiqamətdə fəaliyyəti bununla bitmir. “Access Bank” mikro sahibkarlarla, xüsusilə də kənd təsərrüfatı sektorunda işləyənlərlə uzun illərin əməkdaşlığını, eləcə də ölkənin qərb bölgələrində filiallarının olmasını nəzərə alaraq, Qarabağda biznes fəaliyyətinin bərpasında sahibkarlarla fəal əməkdaşlıq etmək niyyətindədir. 

“Bankımızın kollektivi 44 günlük kampaniyada xalqın yanında oldu. Həmkarlarımızı cəbhəyə necə yola saldığımızı və onların qayıtmasını səbirsizliklə gözlədiyimizi indi də xatırlayıram. Təəssüf ki, hamısı geri dönmədi. Allah dünyasını dəyişənlərin ruhunu şad eləsin! Əminəm ki, işğaldan azad edilmiş rayonların sakinləri tezliklə evlərinə, normal həyatlarına qayıdacaqlar. 20 ildir ki,

Azərbaycanda mikrokreditləşmə ilə məşğul olan və bu sahədə lider mövqeyə malik “Access Bank” üçün ölkənin regionlarında sahibkarlara və ailə biznesinə dəstək çox vacibdir. İşğaldan azad edilmiş rayonlarda sahibkarların, o cümlədən kənd təsərrüfatının dəstəklənməsi işi bankımızın sosial missiyasının mühüm tərkib hissəsinə çevrilir”, - deyə Bankın İdarə Heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən Yevgeniya Qaşikulina bildirib.

Bölmədən olan bütün xəbərlər