Sığorta
247

Azərbaycanda könüllü sığorta 11%, icbari sığorta isə 16% artıb

Azərbaycanda könüllü sığorta 11%, icbari sığorta isə 16% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 482,652 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-oktyabr aylarına nisbətən 10,9% çoxdur.

Ötən 10 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 15,5% artaraq 223,048 milyon manata çatıb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 299,848 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 80,7% artaraq 101,363 milyon manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar-oktyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 62,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-oktyabr aylarında 67,5 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 29 manatdan 45,45 manata çatıb.

Bölmədən olan bütün xəbərlər