Bankçılıq
179

Xarici vətəndaşların Azərbaycanda bank kartları ilə xərcləmələri 3 dəfəyə yaxın artıb

Xarici vətəndaşların Azərbaycanda bank kartları ilə xərcləmələri 3 dəfəyə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 960,9 milyon manatlıq əməliyyat aparıblar.

“Renkinq” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Təkcə oktyabr ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 124,4 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 5 dəfə çoxdur.

Bölmədən olan bütün xəbərlər