Bankçılıq
143

Azərbaycanda 9 bankın əməliyyat mənfəəti azalıb

Azərbaycanda 9 bankın əməliyyat mənfəəti azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-nin bu ilin I yarısındakı əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

“Renkinq” xəbər verir ki, bunlar “Zıraat Bank Azərbaycan”, “Bank of Baku”, “Unibank”, “PAŞA Bank”, “Rabitəbank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Avrasiya”, “Express Bank”, “Kapital Bank” və “Naxçıvan Bank” ASC-lər, eləcə də İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika İran bankında (74%), ən aşağı dinamika isə “Naxçıvan Bank”da (0,6%) qeydə alınıb.

9 bankın – “Günay Bank”, “Turan Bank”, “Azər-Türk Bank”, “Bank Respublika”, “AFB Bank”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “Bank BTB” ASC-lərin, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin isə əməliyyat mənfəəti azalıb. Ən çox azalma “Bank BTB”də (95,6%), ən az azalma isə “Günay Bank” (7,9%) qeydə alınıb.

3 bankın – Pakistan Milli Bankının Bakı filialının, eləcə də “Muğan Bank” və “Bank VTB Azərbaycan” ASC-lərin isə əməliyyat zərəri azalıb. Müvafiq olaraq 24,3%, 74,9% və 85,9%.

2 bank – “Premium Bank” ASC və “Access Bank” QSC bu ilin yanvar-sentyabr aylarını əməliyyat zərəri ilə, ötən ilin eyni dövrünü əməliyyat mənfəəti ilə, 1 bank – “Yelo Bank” ASC isə bu ilin 9 ayını əməliyyat mənfəəti ilə, ötən ilin eyni dövrünü əməliyyat zərəri ilə başa vurub. Odur ki, bu bankların əməliyyat mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bölmədən olan bütün xəbərlər