Bankçılıq
133

“Azərbaycan Dəmir Yolları” bank xərclərini azaldıb

“Azərbaycan Dəmir Yolları” bank xərclərini azaldıb

2020-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bank xərcləri 1,467 milyon manat təşkil edib.

“Renkinq” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 7% azdır.

Ötən il ADY-nin bank xərcləri əvvəlki il olduğu kimi onun əməliyyat xərclərinin 0,3% qədər olub.

Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər