İnvestisiya
177

“Optimal Elektronika”nın istiqrazlarına 5 investor maraq göstərib

“Optimal Elektronika”nın istiqrazlarına 5 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də “Optimal Elektronika” MMC-nin 2,5 milyon manat dəyərində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Renkinq” bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 2 500 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb. Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 5 investor ümumi məbləği 2,5 milyon manat təşkil edən 5 sifariş təqdim edib və yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 18 ay müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12%-dir. Faizlər 6 aydan bir ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir.

Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.

Bölmədən olan bütün xəbərlər