İnvestisiya
147

"Zəyəm Texnologiyalar Parkı"nın yeni səhmlərinə 69 investor maraq göstərib

Noyabrın 4-5-də "Bakı Fond Birjası" QSC-də "Zəyəm Texnologiyalar Parkı" ASC-nin 18 milyon manatlıq yeni səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Renkinq” bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hərraca hər birinin nominal dəyəri 1 manat olan 18 milyon ədəd adi, sənədsiz, adlı istiqraz çıxarılıb. Qiymətli kağızlar standart bazar seqmentində, kütləvi təklif üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 69 investor 71 sifariş təqdim edib və yerləşdirmə tam baş tutub. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Bölmədən olan bütün xəbərlər