İnvestisiya
161

SOCAR-ın yeni istiqrazları təkrar bazara çıxıb

SOCAR-ın yeni istiqrazları təkrar bazara çıxıb

Dövlət Neft Şirkətinin (SOCAR) ötən gün dövriyyəyə buraxdığı yeni istiqrazlar bu gündən təkrar bazara çıxıb. 

"Renkinq" xəbər verir ki, bu münasibətlə SOCAR-ın baş ofisində hesabat tədbiri keçirilib. 

Tədbirin sonunda təkrar bazar əməliyyatlarının başlandığını elan edən rəmzi zəng çalınıb. 

Xatırladaq ki, SOCAR-ın 2016-cı ildə dövriyyəyə buraxdığı ilk 100 milyon ABŞ dolları dəyərində istiqrazların tədavül müddəti ötən ay başa çatıb. Odur ki, şirkət daha 100 milyon dollarlıq yeni istiqraz buraxmağa qərar verib. Noyabrın 1-də "Bakı Fond Birjası" QSC-də həmin qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərraca hər birinin nominal dəyəri 1 000 dollar olan 100 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb. Qiymətli kağızlar əsas bazar seqmentində investorlara təklif olunub. 

İstiqrazlara 754 investor ümumi məbləği 380,614 milyon dollar təşkil edən 761 sifariş təqdim edib və yerləşdirmə tam baş tutub. Qiymətli kağızlar 5 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 4,5%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PSG-Kapital İnvestisiya Şirkəti" QSC-dir. 

Bölmədən olan bütün xəbərlər