Bankçılıq
166

“Kapital Bank” sahibkarlara təcili ödənişlər funksiyasını təqdim edir

“Kapital Bank” sahibkarlara təcili ödənişlər funksiyasını təqdim edir

“Kapital Bank” ASC hüquqi şəxslərə və fərdi sahibkarlara yeni təcili ödənişlər xidmətini təqdim edir. Xidmətdən yararlanmaq üçün

“Müştəri Bank”da qeydiyyatdan keçmək lazımdır.

Yeni funksiya vasitəsilə “Müştəri Bank”da artıq təcili köçürmələri həyata keçirmək mümkündür. Təcili olması ilə seçilən ödənişləri müştəri təsdiqlədikdən sonra bank prioritet verərək ən sürətli köçürmə kanalı vasitəsilə qarşı tərəfə köçürəcək. 

Yeni imkanın özəlliyi sahibkarlara işin çox olduğu vaxtda, təcili işgüzar sövdələşmələri maneəsiz və heç kimə müraciət etmədən çevik həll etməkdə şərait yaradacaq. Sahibkarlar “Müştəri Bank”la digər əməliyyatlar kimi təcili köçürmə əməliyyatını da rahatlıqla onlayn həyata keçirə biləcəklər. 

“Müştəri Bank” vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s. 

“Müştəri Bank” sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login inkinə keçid etmək və yaxud (012) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Sistemlə həyata keçirilən bütün köçürmələr zamanı 25%-ə qədər güzəşt əldə etmək mümkündür. 

 

Bölmədən olan bütün xəbərlər