Büdcə
110

DSMF-nin və İşsizlikdən Sığorta Fondunun büdcəsi artırılır

DSMF-nin və İşsizlikdən Sığorta Fondunun büdcəsi artırılır

Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi bu illə müqayisədə 160,7 milyon manat və yaxud 3,1% çox – 5 306,77 milyon manat təşkil edəcək.

“Renkinq” xəbər verir ki, bu, “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2022-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bundan başqa, “İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinə əsasən, gələn il İşsizlikdən Sığorta Fondunun büdcəsi bu ilə nisbətən 22,606 milyon manat və yaxud 14,3% çox - 180,376 milyon manat olacaq.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər