Büdcə
121

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır

Gələn il Azərbaycanda yaşayış minimum bu illə müqayisədə 14 manat və yaxud 7,15% çox – 210 manat təşkil edəcək.

“Renkinq” xəbər verir ki, bu, “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 13 manat və yaxud 6,3% artırılaraq 220 manata, pensiyaçılar üçün yaşayış minimumu 14 manat və yaxud 8,6% artırılaraq 176 manata, uşaqlar üçün yaşayış minimumu isə 18 manat və yaxud 10,3% artırılaraq 193 manata çatdırılır.

Bundan başqa, “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, gələn il ölkədə ehtiyac meyarı bu ilə nisbətən 30 manat və yaxud 17,65% çox – 200 manat olacaq.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər