Bankçılıq
100

“Bank VTB Azərbaycan” tenderlər keçirir

“Bank VTB Azərbaycan” tenderlər keçirir

“Bank VTB Azərbaycan” ASC “PaloAlto Networks PA-3020” informasiya texnologiyaları (İT) avadanlığının lisenziyasının və texniki dəstəyinin (1), eləcə də İT mallarının (2) alınması ilə bağlı açıq tenderlər elan edib.

Tender sənədləri ilə Bankın Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında (“Messenat Plaza” iş mərkəzi) yerləşən baş ofisində tanış olmaq mümkündür. Tender təklifiləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə  (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və01 noyabr 2021-ci il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) baş ofisinə təqdim edilməlidir. 

“Bank VTB Azərbaycan”ın Müsabiqə (Tender) Komitəsi:

Əlaqələndirici şəxs: Nailə Əliyeva;

Telefon: (012) 492-00-80 (daxili nömrə 5514);

Faks: (012) 437-71-21.

Bölmədən olan bütün xəbərlər