İnvestisiya
133

"Unibank"ın istiqrazlarına 23 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “Unibank" ASC-nin 15 milyon ABŞ dolları dəyərində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Renkinq” bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hərraca hər birinin nominal dəyəri 1 000 dollar olan 15 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb. Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 23 investor 24 sifariş təqdim edib və onların hamısı yerləşdirilib.

Xatırladaq ki, istiqrazlar 6 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin baş anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, sub anderrrayteri isə "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Bölmədən olan bütün xəbərlər