Sığorta
115

Azərbaycanda sığorta haqlarının 76%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta haqlarının 76%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanılmış 655,62 milyon manat sığorta haqqının 499,508 milyon manatı və yaxud 76,2%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (235,335 milyon manat), "PAŞA Sığorta" (150,626 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 51,544 milyon manat), eləcə də “Qala Sığorta” (36,318 milyon manat) və “Atəşgah Həyat Sığorta” (35,685 milyon manat) ASC-lərdir.

9 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə bazara yeni daxil olmuş “Meqa Həyat Sığorta” (339 min manat), eləcə də "Naxçıvan Sığorta" (1,756 milyon manat), “Bakı Sığorta” (3,808 milyon manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (3,984 milyon manat) və “Xalq Həyat Sığorta” (4,909 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 13,896 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,1%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 142,216 milyon manat (21,7%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər