Bankçılıq
170

"Günay Bank" III rübü uğurla başa vurub

"Günay Bank" ASC bu ilin III rübünün yekunları üzrə maliyyə hesabatını açıqlayıb. 

Hesabata əsasən, Bank rüb ərzində müsbət tendensiyasını davam etdirib və 9 ayın yekununa görə 399 min manat mənfəət əldə edib. 

Bankın aktivləri ilin əvvəlinə nisbətən 11,155 milyon manat artaraq 256,198 milyon manata çatıb. 

9 ay ərzində Bankın kredit portfeli isə 9,883 milyon manat artaraq 202,984 milyon manat təşkil edib. 

Hesabat dövründə Bankın məcmu kapitalı isə 464 min manat artaraq 65,311 milyon manat olub. 

Bu göstəricilər Bankın sabit, düzənli inkişafından xəbər verir. 

 

Bölmədən olan bütün xəbərlər