İnvestisiya
128

“Bravo”nun istiqrazları üzrə hərracın tarixi açıqlanıb

“Bravo”nun istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Oktyabrın 28-də “Bakı Fond Birjası” QSC-də "Bravo" supermarketlər şəbəkəsini idarə edən "Azərbaycan Supermarket" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Renkinq” bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə ümumi dəyəri 10 milyon manat olan istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 10,5%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.

Bölmədən olan bütün xəbərlər