İnvestisiya
194

“Unibank” dollarla, illik 6% gəlirliliklə istiqraz buraxır

“Unibank” dollarla, illik 6% gəlirliliklə istiqraz buraxır

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank” ASC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

“Renkinq” BFB-yə istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 15 000 ədəd, yəni 15 milyon dollarlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir.

Qiymətli kağızlar 6 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin baş anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, subanderrayteri isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

İstiqrazların yerləşdirilməsi oktyabrın 26-da birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. 

Bölmədən olan bütün xəbərlər