Büdcə
169

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 3% artırıb

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 3% artırıb

Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 51 260,2 milyon ABŞ dolları təşkil edib.

"Renkinq" xəbər verir ki, bunun 86,3%-i və yaxud 44 226,4 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13,7%-i və yaxud 7 033,8 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 700 milyon dollar və yaxud 1,4% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 121,5 milyon dollar və yaxud 0,3%, AMB-nin valyuta ehtiyatlarında isə 578,5 milyon dollar və yaxud 9% artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 480,2 milyon dollar və yaxud 3% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 937,8 milyon dollar və yaxud 2,2%, AMB-nin valyuta ehtiyatları isə 542,4 milyon dollar və yaxud 8,4% artım nümayiş etdirib.

 

 

 

 

ARDNF-in

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

AMB-nin

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

Azərbaycanın

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

01.10.2021

44 226,4

7 033,8

51 260,2

01.07.2021

42 104,9

6 455,3

50 560,2

01.04.2021

42 761,3

6 356,2

49 117,5

01.01.2021

43 564,3

6 369,4

49 933,7

01.10.2020

43 288,6

6 491,4

49 780,0

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər