İnvestisiya
162

“Embafinans” BOKT daha 3 milyon manatlıq istiqraz buraxır

“Embafinans” BOKT daha 3 milyon manatlıq istiqraz buraxır

“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” QSC-nin yeni istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

“Renkinq” BFB-yə istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd, yəni 3 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir.

Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 10%-dir. Faizlər illik ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

İstiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix Birjanın internet səhifəsində investorlara açıqlanacaq.

Bölmədən olan bütün xəbərlər