Bankçılıq
314

“Xalq Bank” və “PAŞA Bank”ın səhmdarları həm də supermarketlər şəbəkəsinin təsisçiləridir

“Xalq Bank” və “PAŞA Bank”ın səhmdarları həm də supermarketlər şəbəkəsinin təsisçiləridir

Azərbaycanın məşhur supermarketlər şəbəkəsi – “Bravo”nu idarə edən “Azərbaycan Supermarket” MMC təsisçilərinin adlarını açıqlayıb.

“Renkinq” xəbər verir ki, şirkətin təsis payarının 50%-i Mircamal Paşayevə məxsusdur.

O, həm də “PAŞA Bank” ASC-nin 5%-lik səhmdarı, Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-nin isə Direktorlar Şurası sədrinin müavinidir.

“Azərbaycan Supermarket”in təsis paylarının qalan hissəsi isə hər biri 25% olmaqla “İdeal Biznes Ko.” və “Yevro Standart” MMC-lərə məxsusdur. Onlar həm də “Xalq Bank” ASC-nin müvafiq olaraq 50%-lik və 33,85%-lik, “Xalq Sığorta” ASC-nin isə hər biri 50%-lik səhmdarlarıdır.

Bölmədən olan bütün xəbərlər