Büdcə
102

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 650 mini keçib

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 650 mini keçib

Bu il sentyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,5% çox – 650 086 olub.

“Renkinq” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, bunun 33 141-i əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Bu isə ilin əvvəlinə nisbətən 13,7% çoxdur. 

Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 6,9% artaraq 178 511-ə çatıb. 

Bölmədən olan bütün xəbərlər