Büdcə
96

Azərbaycanda sosial sığorta daxilolmaları 10%, işsizlikdən sığorta daxilolmaları isə 9% artıb

Azərbaycanda sosial sığorta daxilolmaları 10%, işsizlikdən sığorta daxilolmaları isə 9% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sosial sığorta üzrə daxilolmalar 2,79 milyard manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 0,096 milyard manat təşkil edib.

“Renkinq” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunlar proqnozlardan müvafiq olaraq 10% və 8,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,9% və 9,2% çoxdur.

Sosial sığorta daxilolmalarının 1,772 milyard manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu, proqnozdan 12,8%, 1 il əvvələ nisbətən isə 13,9% çoxdur.

İşsizlikdən sığorta daxilolmalarının isə 0,063 milyard manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu isə proqnozdan 10,5%, illik müqayisədə isə 15,3% çoxdur.

Bölmədən olan bütün xəbərlər