Büdcə
70

Azərbaycanda vergi daxilolmaları 12% artıb

Azərbaycanda vergi daxilolmaları 12% artıb

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti büdcəyə 6,354 milyard manat vəsait köçürüb.

“Renkinq” quruma istinadən xəbər verir ki, bu, proqnozdan 20,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12% çoxdur.

Vergi daxilolmalarının 4,707 milyard manatı qeyri-neft-qaz sektorundan toplanılıb. Bu isə proqnozdan 14,9% çox, 1 il əvvələ nisbətən isə 10,4% çoxdur.

Hesabat dövründə Azərbaycanın regionları büdcəyə 0,701 milyard manat “xeyir verib”. Bu isə proqnozdan 15,7%, illik müqayisədə isə 6,3% çoxdur.

Bölmədən olan bütün xəbərlər