Sığorta
112

İTV sığortaçı seçir

İTV sığortaçı seçir

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası üçün açıq tender elan edib.

“Renkinq” xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 2-İ, saat 11:00-a, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 12-İ, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi noyabrın 13-də, saat 11:00-da Portalda açıqlanacaq.

Bölmədən olan bütün xəbərlər