İnvestisiya
121

Azərbaycanda “Qiymətli kağızların buraxılışı” mövzusunda sertifikatlı təlim keçiriləcək

Azərbaycanda “Qiymətli kağızların buraxılışı” mövzusunda sertifikatlı təlim keçiriləcək

Oktyabrın 15-də “Bakı Fond Birjası” QSC (BFB) kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün “Qiymətli kağızların buraxılışı və fond birjasında listinq” mövzusunda onlayn sertifikatlı təlim keçirəcək.

“Renkinq” bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, təlim Azərbaycan Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “AzFinance İnvestisiya Şirkəti” QSC ilə birlikdə təşkil olunacaq. İştirakçılara kapital bazarı, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat veriləcək. Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.

Bölmədən olan bütün xəbərlər