İnvestisiya
115

“Silk Vey Vest Aviaşirkəti” dollarla, illik 5% gəlirliliklə istiqraz buraxır

“Silk Vey Vest Aviaşirkəti” dollarla, illik 5% gəlirliliklə istiqraz buraxır

“Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Silk Vey Vest Aviaşirkəti” MMC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

"Renkinq" BFB-yə istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 25 000 ədəd, yəni 25 milyon dollarlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir.

Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

İstiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix Birjanın internet səhifəsində investorlara açıqlanacaq. 

Bölmədən olan bütün xəbərlər