Bankçılıq
115

Bakıda 5-ci Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Bakıda 5-ci Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Dekabrın 8-9-da Bakıda “MasterCard”ın tərəfdaşlığı ilə 5-ci Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.

“Renkinq” bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbir “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda baş tutacaq.

Forum çərçivəsində aşağıdakı mövzular ətrafında müzakirələr aparılacaq:

- Rəqəmsal Bank;

- Hər Cihazda Bankçılıq;

- Platforma Bankçılığı və Rəqəmsal Ekosistem;

- İnnovativ Ödəniş Ekosistemi;

- Rəqəmsal Valyutalar: Mərkəzi Banklara gedən yol;

- Blokçeyn Texnologiyası: Maliyyə Xidmətlərində Tarixi Layihələr;

- Təkmilləşən Ekommersiya: Artan Tələb;

- Komplaynsa Fokuslanma;

- Distant Bankçılıq: Təhlükəsiz İdentifikasiya;

- Yeni Normal: Yeni Kibertəhlükəsizlik Trendləri;

Bütün iştirakçıların COVID passportu olmalıdır.

Bölmədən olan bütün xəbərlər