İnvestisiya
122

Milli Depozit Mərkəzi kotirovka sorğusu keçirir

Milli Depozit Mərkəzi kotirovka sorğusu keçirir

Milli Depozit Mərkəzi (MDM) “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq təsərrüfat mallarının satın alınması üçün kotirovka sorğusu elan edib.

“Renkinq” bu barədə MDM-ə istinadən xəbər verir.

Məlumata görə, satınalma Mərkəzin Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 2A ünvanında yerləşən binası üçün həyata keçirilir. Elə sorğu da həmin ünvanda, oktyabrın 26-da, saat 14:00-da baş tutacaq.

Kotirovka sorğusunda yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Bunun üçün vergi ödəyiciləri fəaliyyəti haqqında vergi orqanlarının təsdiq etdiyi maliyyə hesabatının surətini (vergi bəyənnaməsi), mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənədi, rekvizitlərini, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayışı, nizamnamə sənədini, dekabrın 9-na qədər qüvvədə olan kotirovka təklifini təqdim etməlidirlər.  

Tələb olunan mallar satınalma müqaviləsi imzalandığı gündən sifariş əsasında 2 ay ərzində təqdim edilməlidir. Seçim zamanı qiymət və keyfiyyət meyarlarına önəm veriləcək.

Bölmədən olan bütün xəbərlər