Bankçılıq
111

ABŞ-ın Xəzinədarlıq Departamenti ADIF-in layihələrinə yardım edə bilər

ABŞ-ın Xəzinədarlıq Departamenti ADIF-in layihələrinə yardım edə bilər

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ilə ABŞ-ın Xəzinədarlıq Departamenti arasında videoformatda işgüzar görüş həyata keçirilib.

"Renkinq" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, görüşdə qarşılıqlı əlaqələrin formalaşdırılması, həmçinin Departamentin Fondun planlaşdırdığı yeni layihələrə müvafiq yardımlar, o cümlədən texniki dəstək verməsi məsələləri müzakirə olunub.

Bundan başqa, tərəflər Fondun risk əsaslı sığorta modelinə keçidi, sığorta itkilərinə qarşı ehtiyatlarının hesablanması metodologiyasının formalaşdırılması, mərkəzləşdirilmiş depozit reyestrinin yaradılması kimi fundamental məsələlərlə yanaşı, qurumun fəaliyyəti üçün hüquqi çərçivənin hazırlanması, həmçinin ləğvetmə istiqamətində aktivlərin idarə edilməsi üzrə dəstəyin verilməsi kimi mövzulara toxunub.

Sonda hər iki tərəf qarşılıqlı əlaqələrin formalaşmasını yüksək qiymətləndirərək, bu cür görüşlərin daha sıx keçirilməsi qənaətinə gəliblər.

Bölmədən olan bütün xəbərlər