Bankçılıq
197

“Bank VTB Azərbaycan” 10,4% gəlirliliklə “Avans” əmanətini təqdim edir

“Bank VTB Azərbaycan” 10,4% gəlirliliklə “Avans” əmanətini təqdim edir

“Bank VTB Azərbaycan” ASC müştərilərinə illik 10,4%-ə qədər gəlirliliklə yeni “Avans” əmanətini təqdim edir. Müştərilər depozit hesabı aça və faizlərini öncədən ala bilərlər.

Depozit manatla 1 095 günə qədər yerləşdirilə bilər. Minimum əmanət məbləği 500 manatdır. Müştərilər eyni məbləğ və müddət üçün vəsait yerləşdirmə müddətini bir dəfə uzada bilərlər. Qismən mədaxil və yaxud pul çıxarılması təmin edilmir.

“Azərbaycanlıların maliyyə fəallığı ənənəvi olaraq ilin sonuna artır. Təkcə Bank VTB Azərbaycan”dakı fiziki şəxslərin depozit portfeli ilk 8 ayda 22,4% artmaqla 32,4 milyon manata çatıb. Bir çox müştəri sərfəli yerləşdirmə variantları axtarır. Əmanətlərə olan yüksək tələbatı nəzərə alaraq, faizləri əvvəlcədən ödəməklə bazarda analoqu olmayan bir əmanət təklif edirik. Strateji məqsədimiz müştərilərimizə davamlı olaraq bu cür rahat və faydalı məhsullar təklif etməkdir”, - deyə “Bank VTB Azərbaycan”ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin qeyd edib.

“Bank VTB Azərbaycan”ın "Universal" və "Sərfəli" olmaqla uzunmüddətli, "Sərbəst" olmaqla qısamüddətli əmanətləri də var.

“Bank VTB Azərbaycan”ın depozit portfeli ilin əvvəlindən 17,4% artaraq avqustun sonuna 96,7 milyon manat təşkil edib.

 

Bölmədən olan bütün xəbərlər