Bankçılıq
159

"Kapital Bank" qeyri-rezident sahibkar və şirkətlər üçün onlayn hesab açmaq imkanı yaradıb

"Kapital Bank" ASC-nin mütəmadi olaraq şirkətlər, hüquqi şəxslər və fərdi sahibkarlar üçün müxtəlif yeniliklər və məhsullar təqdim edir. Bu dəfə olan yeni xidmət qeyri-rezident sahibkarlar və şirkətlər üçün nəzərdə tutulub. Belə ki, onlar “Müştəri Bank” vasitəsilə banka gəlmədən, vaxta qənaət etməklə hesablarını onlayn aça biləcəklər. 

Yeni xidmət vasitəsilə artıq istənilən şirkət və sahibkarlar "Kapital Bank" xidmətlərindən günün istənilən saatında, dünyanın istənilən yerindən tam olaraq onlayn istifadə edə bilər. Bu kimi xidmətlər rəqəmsallaşmaya öz töhfəsini verir və müştəri xidməti keyfiyyətinin artırılmasına müsbət təsir edir. 

"Müştəri Bank" vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi və çatdırılması, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s. 

"Müştəri Bank" sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Sistem vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-ə qədər güzəşt əldə etmək mümkündür. 

Bölmədən olan bütün xəbərlər