Bankçılıq
345

“Birbank” istifadəçilərinin dəstəyi ilə Gəncədə ağacəkmə aksiyası keçirilib

“Birbank” istifadəçilərinin dəstəyi ilə Gəncədə ağacəkmə aksiyası keçirilib

Bu il sentyabrın 1-dən "Birbank" mobil tətbiqinin istifadəçiləri bonus şəklində topladıqları hər 50 000 “ürəy”i 1 ağaca dəyişə bilirlər. Aksiyanın yekununda böyük Azərbaycan şairi Nizami Gəncəvinin Gəncə şəhərində yerləşən məqbərəsinin ətrafında ağaclar əkilib. Layihə Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birgə reallaşdırılıb, ağacəkmə prosesində Gəncə Şəhər İcra Hakimiyyətinin və "Kapital Bank" ASC-nin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, bu il N.Gəncəvinin 880 illik yubileyidir. Bu münasibətlə Prezident İlham Əliyev 2021-ci ili “Nizami ili” elan edib. Əkilmiş ağacların sayı da rəmzi məna daşıyaraq 880 ədəd olub. 

"Kapital Bank" mütəmadi olaraq ətraf mühitin qorunması, ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində müxtəlif sosial aksiyalar təşkil edir. Bu istiqamətdə olan əsas layihələrdən biri ağacəkmə ilə bağlıdır. "Birbank" istifadəçiləri də həmrəylik göstərərək, bu aksiyaya öz töhfələrini veriblər.

3 milyondan artıq istifadəçinin yüklədiyi "Birbank"ın bir sıra üstünlükləri var: rahat qeydiyyat, kredit və "BirKart" sifarişi, NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdılaşma, istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonusların idarə edilməsi və s.

Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. "Birbank"da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir. Ətraflı məlumat üçün www.birbank.az saytına müraciət edə bilərsiniz.

Bölmədən olan bütün xəbərlər