İnvestisiya
324

"Bakı Fond Birjası"nın dövriyyəsi 39% artıb

Bu ilin yanvar-sentyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11 947,6 milyon manat təşkil edib.

"Renkinq" BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,4% çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,2 dəfə artaraq 8 330 olub.

BFB-nin dövriyyəsinin 52%-i və yaxud 6 208,4 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 9,7% çoxdur.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 4,7 dəfə azalaraq 327,976 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,9 dəfə artaraq 5 411,234 milyon manat olub.

Bölmədən olan bütün xəbərlər